Amerika Rusiya uranından imtina edəcəkbackend

Amerika Rusiya uranından imtina edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratlar və Respublikaçılar partiyalarından olan ABŞ senatorları Rusiya uranının ABŞ-a idxalını qadağan edən qanun layihəsi təqdim ediblər.

Editor.az bildirir ki, bu barədə ABŞ Senatının Enerji və Təbii Ehtiyatlar Komitəsinin mətbuat xidməti məlumat yayıb. Respublikaçı senator Con Barrasso bildirib ki, ABŞ-ın uran üçün Rusiyaya ödədiyi hər dollar Vladimir Putinin Ukraynaya qarşı müharibəsinə dəstəkdir: “Amerikanın nüvə sənayesi Rusiya uranından imtina etməyə hazırdır. İlk addım uran da daxil olmaqla, Rusiyanın bütün enerji mənbələrini Amerika bazarından həmişəlik çıxarmaqdır”, – senator vurğulayıb.

Demokrat senator Co Mençin isə əmindir ki, qanun layihəsi ABŞ-a Rusiyadan uran yanacağından asılılıqdan qurtulmağa kömək edəcək. Qanun layihəsinin müəllifləri demokratlardan Martin Haynrik və Cris Kuns, respublikaçılardan isə Cintiya Lammis və Rocer Marsalldır. Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, Rusiya İranla zənginləşdirilmiş uranın geri qaytarılması ilə bağlı gizli müqavilə bağlayıb.

  //Samir Qurbanov, Editor.az