Birləşmiş Ştatlar Rusiyanın tanınmamış Dnestryanı respublikadakı hərəkətlərini diqqətlə izləyir.
Editor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
O, Vaşinqtonun Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.
“Biz Kişinyov və Tiraspolu birlikdə işləməyə və Dnestrin hər iki sahilindəki sakinləri narahat edən aktual problemlərin həlli yollarını tapmağa çağırmaqda davam edirik” – Miller brifinq zamanı deyib.
//Samir Qurbanov, Editor.az

