ABŞ hakimiyyəti hələlik Ukraynanı Rusiya ordusunun tez məğlubiyyətinə səbəb ola biləcək silahlarla təmin etmək istəmir. Çünki onlar postrusiya dünyası və Putindən sonrakı Rusiya ilə nə edəcəklərini bilmirlər
Editor.az bildirir ki, bu barədə “Feygin Live”də Ukrayna Prezidenti Aparatının müşaviri Aleksey Aretoviç bəhs edib. Onun sözlərinə görə, ABŞ, müvafiq olaraq, strateji planlaşdırma apara və ölkəmizi vəziyyəti tez dəyişəcək həcmdə vsitələrlə təmin edə bilmir, çünki bu halda “onların nə edəcəklərini anlamağa vaxtları olmayacaq”.
“ATACMS-ə (Amerikanın uzaqmənzilli raketi – red.) gəlincə. Ölkəmizin tələblərinə baxmayaraq, düşünmürəm ki, amerikalılar onu Rusiya ordusunun tez məğlubiyyətə ehtiyacı olub-olmadığını başa düşmədən əvvəl versinlər. “Onlar bunu yaramaz, qaniçən, alçaq və ukraynalıların həyatı ilə oynadıqlarına görə etmirlər. Xeyr. Bir sadə səbəbə görə. Onlar Putindən sonrakı Rusiya ilə və ya postrusiya ilə nə edəcəklərini bilmirlər” – Aretoviç deyib.
//Samir Qurbanov, Editor.az

