ABŞ səfirliyi əməkdaşlarının Ermənistan və Azərbaycan sərhədində yerləşən şəhərlərə səfərinə qadağa qoyub.
Editor.az. bildirir ki, bu barədə diplomatik nümayəndəliyin saytında bildirilir. “Səfirlik ABŞ vətəndaşlarını sərhədə yaxın olduqda ehtiyatlı olmağa çağırıb.
Əvvəlcədən xəbərdarlıq edilmədən keçid məntəqələri yaradılaraq yollar bağlana bilər”,- Amerika diplomatik missiyası bildirib. Xatırladaq ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün danışıqlar gedir.
Bu həftənin əvvəlində iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 6-cı iclası keçirilib.
//Samir Qurbanov, Editor.az

