Amerika səmasında Çinə aid “casus hava balonu” aşkarlanıbbackend

Amerika səmasında Çinə aid “casus hava balonu” aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hərbçiləri ölkənin şimalında Çinə aid kəşfiyyat balonunu aşkar ediblər.

Editor.az bildirir ki, bu barədə fevralın 3-də “Reuters” agentliyi məlumat yayıb. ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, hazırda ABŞ hərbçiləri təyyarəni müşayiət edir.

Pentanon, daha əvvəl də ölkə səmasında oxşar qurğular tapdıqlarını bildirib. Agentliklər qeyd edirlər ki, Pentaqon əvvəlcə Montana ştatı üzərindəki hava şarını vurmağı planlaşdırıb. Lakin sonradan ABŞ prezidenti Co Baydenə mülki əhalinin şarın qalıqlarından əziyyət çəkməməsi üçün bunu etməmək tövsiyə olunub. “Reuters” əlavə edib ki, Çin “hava kəşfiyyatçısı” hələ də ABŞ ərazisi üzərində uçmaqdadır və lakin mülki əhali üçün təhlükə yaratmır. Lakin onun dəqiq yeri barədə məlumat verilmir.

  //Samir Qurbanov, Editor.az