Amerika şirkəti iki pilotsuz döyüş təyyarəsini 1 dollara Ukraynaya satmaq istəyirbackend

Amerika şirkəti iki pilotsuz döyüş təyyarəsini 1 dollara Ukraynaya satmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın silah istehsalçısı Ukrayna hökumətinə iki “Reaper MQ-9” pilotsuz döyüş təyyarəsini bir dollara satmağı təklif edir.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr qeyd edir ki, konsern belə bir təkliflə “ölkəyə Rusiyanın gözlənilən hücumuna hazırlaşarkən özünü müdafiə etməyə kömək etmək” üçün çıxış edib. Təklif “Reapers” istehsal edən “General Atomics” şirkətinin baş direktoru Linden Blue tərəfindən irəli sürülüb. WSJ qeyd edir ki, saziş Kiyevdən təyyarələrin hazırlanması və Ukraynaya çatdırılması üçün təxminən 10 milyon dollar, eləcə də köhnə pilotsuz təyyarə modellərinə texniki xidmət və dəstək üçün hər il təxminən 8 milyon dollar xərcləməsini tələb edəcək.

Nəşr yazır ki, Ağ Ev və Ukrayna hökuməti bu məsələni şərh etməkdən imtina edib. “The Wall Street Journal” xatırladır ki, ABŞ ötən il ərzində Ukraynaya “Switchblade” taktiki pilotsuz uçan aparatları da daxil olmaqla 700-dən çox kiçik dron təqdim edib və onlardan Ukraynanın mövqelərini qorumaq üçün geniş istifadə olunur, – qəzet qeyd edir.

  //Samir Qurbanov, Editor.az