Amerikalı iş adamı İlon Mask ABŞ hakimiyyətinin ölkəni iflasa apardığı barədə açıqlama verib.
Editor.az xəbər verir ki, bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb. “Hökumət xərclərinin hazırkı səviyyələrində Amerika sürətlə iflasa doğru gedir. Hökumətin həddindən artıq xərcləməsi inflyasiyaya səbəb olacaq”, – milyarder bildirib.
Yada salaq ki, Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ-ın hazırkı dövlət borcu artıq 35 trilyon dolları keçib. Növbəti onillikdə onun rekord həddə – 54 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bundan əvvəl İlon Mask xəbərdarlıq etmişdi ki, Demokratların namizədi Kamala Harris prezident seçkilərində qalib gəlsə, ABŞ sakinlərini kütləvi aclıq gözləyə bilər.
//Samir Qurbanov, Editor.az