Amerika təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş etdibackend

Amerika təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyan-İstanbul marşrutu üzrə reys həyata keçirən “National Airlines” təcili olaraq Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Eniş texniki səbəbdən həyata keçirilib.

Editor.az xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən bildiriblər. “Amerika aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Enişin ştat rejimində baş tutduğu dəqiqləşdirilir. Hava limanının mütəxəssisləri texniki nasazlığı aradan qaldırmağa başlayıblar.

//Samir Qurbanov, Editor.az