Amerika təyyərasi İran hava məkanına daxil oldubackend

Amerika təyyərasi İran hava məkanına daxil oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi İslam Respublikasının hava məkanına daxil olub və İran Hərbi Dəniz Qüvvələrinin dispetçerləri tərəfindən neytral səmaya qovulub.

Editor.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. İran Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, kəşfiyyat təyyarəsini aşkar edildikdən sonra dispetçerlər ona səmanın İran hissəsini tərk etməyin zəruriliyi barədə xəbər göndəriblər və o, dərhal tabe olub. Amerika tərəfi bu insidenti heç bir şəkildə şərh etməyib.

Ola bilsin ki, Pentaqon İranın hava məkanının pozulması faktını belə təsdiqləməyəcək.

//Samir Qurbanov, Editor.az