ABŞ dövlət katibi Marko Rubio deyib ki, Amerika hakimiyyəti Ukrayna ilə sülh sazişi bağlanmayana qədər Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi məsələsini nəzərdən keçirməyəcək.
Rubio bunu fevralın 18-də Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyaddakı görüşündən sonra telefonla danışdığı avropalı həmkarlarına deyib. Dövlət Departamentinin Rubionun telefon danışığı ilə bağlı rəsmi hesabatında Rusiyaya qarşı sanksiyalarla bağlı heç nə deyilmir və yalnız qeyd edilir ki, ölkələr “Ukraynadakı münaqişənin davamlı sona çatmasına nail olmaq üçün çalışarkən sıx əlaqə saxlamağa razılaşıblar”.
Rubio ilə söhbətdə Fransa, İtaliya, Almaniya və Böyük Britaniyanın Xarici İşlər nazirliklərinin rəhbərləri iştirak ediblər. Söhbətdən sonra İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib ki, ABŞ “çox aydın səbəbə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etmişik” və “bu sanksiyaları tətbiq edənlər” danışıqlar masasında Aİ-ni Ukrayna ilə bağlı danışıqlara cəlb etməyə söz verib.
//Samir Qurbanov, Editor.az

