Amerika Ukraynanın Rusiya şəhərlərini vurmasını bəyənmir: Dövlət Departamenti bəyanat yaydıbackend

Amerika Ukraynanın Rusiya şəhərlərini vurmasını bəyənmir: Dövlət Departamenti bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar dekabrın 30-da Belqoroda baş vermiş hücum kimi hadisələri təşviq etmir və ya ona imkan vermir.

Editor.az RF Fövqəladə Hallar Nazirliyinin son məlumatına istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərini atəşə tutması nəticəsində ikisi uşaq olmaqla 14 nəfər həlak olub. Dövlət Departamentinin sözçüsü deyib: “Biz açıq şəkildə bildirdik ki, biz bu cür hücumları təşviq etmirik və ya buna imkan tanımırıq”.

RF Müdafiə Nazirliyinin məlumatına görə, Belqoroda hücum iki “Vilxa” raketi, həmçinin Çexiya istehsalı olan “Vampire MLRS” raketləri ilə həyata keçirilib. İstintaq Komitəsinə yaxın mənbənin məlumatına görə, hücum Xarkov vilayətindən edilib.

Ukrayna tərəfi baş verənlərlə bağlı açıqlama verməyib. Hadisə ilə bağlı Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib. İstintaq Komitəsi CM 105 və 167-ci maddəsərinin 3-cü və 30-cu hissəsləri ilə iş açıb (qəsdən adam öldürməyə, öldürməyə, qəsdən məhv etməyə və ya əmlaka ziyan vurmağa cəhd).

//Samir Qurbanov, Editor.az