Amerika Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə icazə verməyəcəkbackend

Amerika Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə icazə verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun sözçüsü Patrik Rayder bildirib ki, ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə verilən Amerika silahlarından Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı mövqeyi dəyişməz olaraq qalır.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin çağırışları fonunda məhdudiyyətlərə yenidən baxılması planının olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: “Bizim siyasətimiz dəyişməyib. Ukrayna ABŞ-ın hərbi yardımından özünü sərhədyanı hücumlardan müdafiə etmək və cavab atəşi açmaq üçün istifadə edə bilər. Bununla belə, uzaq məsafədən zərbələrə, Rusiyanın dərinliklərinə endirilən zərbələrə gəlincə, bizim siyasətimiz dəyişməz olaraq qalır”, – deyə Rayder brifinqdə bildirib.

Bir gün əvvəl “Politico” xəbər vermişdi ki, Ukrayna rəsmiləri Rusiya ərazisinə zərbələr endirmək üçün potensial hədəflərin siyahısını tərtib edib və onu ABŞ-ın yüksək səviyyəli milli təhlükəsizlik rəsmilərinə təhvil verilməsi planlaşdırılır.

//Samir Qurbanov, Editor.az