Venesuela prezidenti Nikolas Maduro Amerika hakimiyyətinin “zorakılıq dalğası yaratmaq” və ölkəni işğal etmək niyyətində olduğunu iddia edib.
Onun sözlərinə görə, “imperializmə qarşı çıxan bütün hökumətlər” hücuma məruz qalır. Cənab Maduro söz verib ki, Venesuela “özünü hörmət edilməyə məcbur edəcək”: “Dünən bir radio yayımı Venesuelada qarşıdakı günlərdə zorakılıq dalğasından danışır ki, Venesuela artıq idarə oluna bilməz və beş müstəqil respublikaya parçalanacaq.
Venesuelaya yardım müqaviləsi və Dəniz Piyadaları Korpusunun Çevik Reaksiya Qüvvələri Venesuelaya hücum etməyə hazır olmalıdır”, – deyə Maduro bildirib.
//Samir Qurbanov, Editor.az

