Amerika Vladimir Putinin xəbərdarlığını ciddi qəbul edir – Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbibackend

Amerika Vladimir Putinin xəbərdarlığını ciddi qəbul edir – Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Vladimir Putinin Ukrayna ordusu Qərbin uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirəcəyi təqdirdə cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlığını ciddi qəbul edir.

Bu barədə “Reuters” Ağ Evin nümayəndələrinə istinadən məlumat yayıb. Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, ABŞ Ukrayna ordusunun Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməsi ilə bağlı məhdudiyyətlərlə bağlı mövqeyini dəyişməyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya NATO ölkələrinin Ukraynaya uzaqmənzilli silahlardan istifadə etməyə icazə verəcəyi təqdirdə Rusiya ilə birbaşa müharibəyə başlayacağını bildirib.

//Samir Qurbanov, Editor.az