ABŞ-da hərbçilər beşinci nəsil qırıcı-bombardmançı “F-35” təyarəsini itiriblər.
Editor.az xəbər verir ki, bu barədə “Charleston” (Cənubi Karolina) Birləşmiş Baza sentyabrın 18-də Twitter-də məlumat yayıb.”Biz bu gün günorta saatlarında qəzaya uğrayan “F-35”in yerini müəyyən etmək üçün çalışırıq.
Pilot təhlükəsiz şəkildə təyyarəən atılıb. Əgər xilasetmə qruplarımıza “F-35”in yerini müəyyən etməyə kömək edəcək hər hansı məlumatınız varsa, zəng edin”, – postda deyilir.
Hərbçilər qəzanın təfərrüatlarını açıqlamayıblar. Baza rəsmiləri qeyd ediblər ki, “təyyarənin son məlum mövqeyinə əsasən” diqqət Çarlstonun şimalındakı Moultrie və Marion göllərindəki əraziyə yönəlib.
//Samir Qurbnaov, Editor.az