“Amerikada əleyhinə formalaşan siyasət Türkiyəni narahat edir”- Elxan Şahinoğlubackend

“Amerikada əleyhinə formalaşan siyasət Türkiyəni narahat edir”- Elxan Şahinoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə-Yunanıstan münasibətləri hər 5-10 ildən bir müəyyən formada gərginləşmələrə gətirib çıxarır”.

Bu fikirləri Editor.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunu bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdə də bu iki dövlət arasında adalar üzərində gərginlik yaşananda yenə də məsələ Amerikanın vasitəçiliyi ilə öz həllini tapdı:

“ Amma aradan keçən 25-28 il ərzində çox təəssüf ki, Amerika  tərəflərdən birinə, yəni Yunanıstana dəstəyini, hərbi bazalarının sayını artırıb, onu müdafiə edir.
Amerikada Türkiyə əleyhinə siyasət formalaşıb. Bu da Türkiyəni narahat edir. Həmçinin Türkiyə Aralıq dənizində mavi yanacaqla bağlı kəşfiyyat araşdırmaları aparır və buna da Yunanıstan mane olmaq istəyir. Yunanıstan adalar istiqamətində sərhəddə pozuculuq fəaliyyəti göstərir. Türkiyə də bunun cavabını vermək məcburiyyətindədir. Buna görə də münasibətlər kəskinləşir. Müharibə ehtimalı çox yüksək deyil. Çünki Türkiyə və Yunanıstan NATO ölkələridir. Toqquşma ehtimalı artarsa, Avropa və Amerika bunun qarşısını almağa çalışacaq. Amma bu problemləri həll etmir. Uzun illərdir ki, iki ölkə arasında problemlər var. Problemin də əsası odur ki, dənizdə Yunanıstana məxsus adalar var. O adalarda Türkiyəni təhdid edir. Keçmiş sazişlərə əsasən həmin adalarda hərbiçilər, hərbi bazalar olmamalıdır. Amma Yunanıstan bu qaydalara əməl etmir və bu da Türkiyənin ciddi narahatlığına səbəb olur. Nə qədər ki, bu məsələ həll olunmayıb iki ölkə arasındakı problemlər davam edəcək”.
 
//Safura Bənnayeva, Editor.az