Amerikada enerji infrastrukturu obyektində terror aktı törətməyə cəhd edən şəxs yaxalanıb
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri 24 yaşlı Tennessi sakini Skayler Filippi enerji infrastrukturu obyektində terror aktı törətməyə cəhd ittihamı ilə həbs ediblər. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. Departamentin məlumatına görə, o, partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatından istifadə edərək Neşvildə elektrik stansiyasında təxribat törətmək niyyətində olub.
Təhlükəsizlik qüvvələrinin nümayəndələri pilotsuz uçan aparatı işə salan zaman şübhəli şəxsi saxlayıblar. FTB saxlanılan şəxsin digər infrastruktur obyektlərinə hücumlar hazırlaya biləcəyinə inanır və partlayıcı qurğulardan istifadə etməyə hazır olduğunu bəyan edib.
//Samir Qurbanov, Editor.az