Nyu Cersi ştatında təxminən 1,3 min hektar ərazini əhatə edən meşə yanğını başlayıb.
Okean qraflığında evlər və insanlar üçün təhlükə səbəbindən 3000 yerli sakin təxliyə edilib. Bu barədə yerli yanğınsöndürmə xidmətinin nümayəndələri məlumat verib. Ərazinin yalnız 5%-də yanğının qarşısı alınıb. Yanğının səbəbi hələ müəyyən edilməyib. Milli Meteoroloji Xidmət yanğına quru hava və 40 km/saata çatan güclü külək səbəb olduğunu bildirib. Yanğın həmçinin böyük elektrik kəsilməsinə səbəb olub, təxminən 23 min müştəri işıqsız qalıb.
Barneqat bölgəsində də yanğın davam edir. Bu barədə “The New York Times”ın müstəqil müxbiri Şlomo Şorr məlumat verib. Leisi kəndinin sakinlərinin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti məskunlaşma mərkəzi təşkil edilib. Hazırda itki yoxdur.
//Samir Qurbanov, Editor.az