Amerikada prezident seçkiləri günü terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıbbackend

Amerikada prezident seçkiləri günü terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Əfqanıstan vətəndaşını Amerikada prezident seçkiləri günü terror aktı planlaşdırmaqda şübhəli bilinərək saxlayıb və həbs edib.

Editor.az bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 27 yaşlı Nasir Əhməd Tövhedi, müstəntiqlərin fikrincə, İslam Dövlətindən (İŞİD) tapşırıq alıb. Həmin şəxs Oklahoma Sitidə (Oklaxoma) saxlanılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları onun evində silah aşkar ediblər. Dindirmə zamanı o, müstəntiqlərə seçki günü insan izdihamına hücum etməyi planlaşdırdığını deyib.

Xatırladaq ki, noyabrın 5-də Amerikada 60-cı prezident seçkiləri keçiriləcək və ABŞ-ın 47-ci prezidenti seçiləcək. Hazırkı prezident Co Bayden prezidentlik yarışını tərk etdikdən sonra Kamala Harris (Demokratlar) və Donald Tramp (Respublikaçılar) namizəd kimi seçilib. Seçki kampaniyası zamanı sonuncuya iki dəfə hücum edilib, ilk dəfə güllə qulağının ucunu zədələyib, ikinci dəfə isə namizəd xəsarət almayıb.

//Samir Qurbanov, Editor.az