Amerikada zəlzələ oldu: aviareyslər təxirə salındı, BMT TŞ-nın iclası yarımçıq qaldıbackend

Amerikada zəlzələ oldu: aviareyslər təxirə salındı, BMT TŞ-nın iclası yarımçıq qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) zəlzələ ilə əlaqədar Nyu-York hava limanlarına uçuşların dayandırılmasının zəruriliyi barədə aviaşirkətləri məlumatlandırıb.

Nyu-Yorka uçan bəzi reyslər başqa hava limanlarına yönləndirilib. Nyu-York meri Erik Adams bildirib ki, şəhər hakimiyyəti fövqəladə vəziyyətlə əlaqədar tədbirlər görür. Hazırda zəlzələnin şəhərin infrastrukturuna ciddi zərbə vurduğu barədə məlumatlar var.

Editor.az bildirir ki, bu barədə “Reuters” xəbər verir. Agentliyin məlumatına görə, hava limanlarından başqa, Hollandiya tunelinin də fəaliyyəti dayandırılıb: “Bizim ilkin hesabatlarımızda zəlzələ nəticəsində həyat təhlükəsizliyi və ya infrastrukturla bağlı ciddi problemlər göstərilmir. Biz kritik ərazilərdə hərtərəfli yoxlamalar aparırıq”, – Nyu-York meri Erik Adams X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasının zəlzələ səbəbindən yarımçıq qaldığı bildirilirdi. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin gücü 4,8 bal olub. ABŞ-ın Nyu-Cersi ştatının Edison şəhərindən 46 km şimal-qərbdə yerli vaxtla saat 14:23-də baş verib. Zəlzələnin ocağı 4,7 km dərinlikdə yerləşib.

//Samir Qurbanov, Editor.az