Amerikalı aktrisadan şok etiraf: “Çamadanlarda narkotik daşıyırdım”backend

Amerikalı aktrisadan şok etiraf: “Çamadanlarda narkotik daşıyırdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

8 il aktyorluq karyerasına fasilə verən dünya şöhrətli amerikalı aktrisa Kameron Diaz ekranlara geri qayıtmağa hazırlaşır.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, şöhrət pillələrini qalxmazdan əvvəl müxtəlif işlərdə çalışdığını deyən 49 yaşlı aktrisa olduqca qalmaqallı etiraflar edib. Aktrisa Parisə köçərək modellik üçün pul qazanmağa çalışdığını və iş tapmaqda çətinlik çəkdiyini bildirib. O, Mərakeşə mal daşımağa başladığını etiraf edib.

“Bir il orada qaldım və bir gün belə işləyə bilmədim. Canımı qurtaracaq iş belə tapa bilmədim. Sonra iş tapdım, amma düşünürəm ki, Mərakeşə narkotik daşıyan qaçaqmalçı oldum”,- Kameron Diaz deyib.

//Gülnarə Abasova, Editor.az