ABŞ ordusunun 82-ci hava-desant diviziyasının ilk bölmələri artıq Yaxın Şərqə yerləşdiriliblər.
Oxu.Az bildirir ki, bu barədə “Əl-Cəzirə” telekanalı amerikalı nümayəndəyə istinadən xəbər verir.
Onun sözlərinə görə, ilk desantçı qruplarının göndərilməsi ötən həftənin sonunda həyata keçirilib. Xüsusilə, Yaxın Şərqə briqada döyüş qrupunun, o cümlədən rabitə və təminat bölmələri çatıb.
Desantçılar cari həftədə də gəlməyə davam edəcəklər. Mənbənin bildirdiyinə görə, ümumilikdə regiona 82-ci hava-desant diviziyasının 3 000 hərbi qulluqçusu, yəni bütövlükdə bir briqada yerləşdiriləcək.

