Amerikalı fəal Leonard Peltier 49 ildən sonra həbsdən azad edildibackend

Amerikalı fəal Leonard Peltier 49 ildən sonra həbsdən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1975-ci ildən iki FTB agentini öldürməkdə ittiham olunan yerli amerikalı fəal Leonard Peltier 49 ildən sonra həbsdən azad edilib.

Co Bayden ABŞ prezidentliyindən getməzdən əvvəl 80 yaşlı, ağır xəstə Peltierin həbs cəzasını ev dustaqlığı ilə əvəz edib. AP xəbər verir ki, Peltier çərşənbə axşamı Florida həbsxanasını tərk edib. İyirmiyə yaxın tərəfdarı və jurnalistin onu qarşıladığı qapıdan yol avtomobilinə minərək Şimali Dakotadakı ailəsinin yanına gesib. “Bu gün mən nəhayət azadam! “Məni həbsə atsalar da, ruhumu qıra bilmədilər” dedi və dünyadakı azadlığı uğrunda mübarizə aparan bütün tərəfdarlarına təşəkkür etdi. Leonard bu illər ərzində iki FTB agentinin qətlinə görə günahını etiraf etməyib.

Onun ABŞ hakimiyyətinə əfvlə bağlı müntəzəm müraciətləri rədd edilib. Peltier sonuncu belə imtinanı 2024-cü ilin iyulunda alıb və bu, ona yalnız 2026-cı ildə yenidən əfv üçün müraciət etməyə imkan verib. Co Baydenin Peltierin həbs cəzasını ev dustaqlığı ilə əvəz etməsi qərarı bəzi rəsmilər, o cümlədən keçmiş Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Wrey tərəfindən tənqid edilib və o, Leonard Peltieri “amansız qatil” adlandırıb.

//Samir Qurbanov, Editor.az