Ötən həftə Kiyevdə olan amerikalı senator Lindi Qrem prezident Volodimir Zelenskinin ona Ukrayna silahlı qüvvələrinin planları barədə məlumat verdiyini deyib.
Senatorun sözlərinə görə, yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin “təsirli güc nümayişi” başlayacaq.
Editor.az xəbər verir ki, bu barədə o, “Politico”ya danışıb. Senatorun sözlərinə görə, Volodimir Zelensky ona Ukraynanın əks-hücum üçün hərbi planlarının “müfəssəl təfərrüatını” təqdim edib. “Yaxın günlərdə siz ukraynalıların kifayət qədər təsiredici güc nümayişini görəcəksiniz. Rusiya müdafiəsini əhatə edən zərbələr artıq başlayıb.
Xatırladaq ki, mayın 29-da Ukrayna Quru Qoşunlarının komandanı Oleksandr Sırsky bildirib ki, əks-hücum vaxtı “tezliklə gələcək”. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov da qeyd edib ki, əks-hücum “sabah və ya bir həftə sonra” başlaya bilər. Keçən həftə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna hərbçilərinin əks-hücum üçün lazım olan minimum miqdarda silah aldığını bildirib. Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak əks-hücum çərçivəsində ayrı-ayrı əməliyyatların artıq başladığını vurğulamışdı.
//Samir Qurbanov,Editor.az

