ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri Çarlz Braun xəbərdarlıq edib ki, Donald Trampın müdafiəyə kifayət qədər sərmayə qoymayan NATO ölkələrinə Rusiyanın potensial hücumlarını təşviq edəcəyinə dair şərhləri səbəbindən Vaşinqtonun qlobal rəhbərliyinin etibarlılığı təhlükə altındadır.
Editor.az bu barədə “The Hill”ə istinadla xəbər verir.
“Bizim güclü ittifaqımız var. Bu il NATO-nun 75-ci ildönümüdür və mən hesab edirəm ki, biz ABŞ-ın üzvü olduğu bu ittifaqları dəstəkləmək öhdəliyimiz var. ABŞ-ın etibarı bizim hər bir alyansda təhlükə altındadır”,-deyə o bildirib.
General qeyd edib ki, Birləşmiş Ştatlar bütün dünyada üzv olduğu bir çox təşkilatlara dəstək olmaq üçün səy göstərir.
Qeyd edək ki, fevralın 11-də Donald Tramp Cənubi Karolinada seçkiqabağı mitinqdə çıxış edərək, müdafiəyə kifayət qədər pul xərcləməyən NATO ölkələrini müdafiə etməyəcəyini, hətta Rusiyanın belə dövlətlərə mümkün hücumlarını təşviq edəcəyini deyib.
//Gülnarə Abasova, Editor.az

