Amerikalı iş adamı Elon Musk dünən Avstraliyada sosial şəbəkələri dezinformasiya ilə daha fəal mübarizə aparmağa məcbur edən və hərəkətsizliyə görə qlobal gəlirin 5%-ə qədər cərimə ilə hədələyən qanun layihəsinə cavab verib.
Maskın X platformasında qanun layihəsi ilə bağlı “Reuters” xəbərlərinə verdiyi şərh sadəcə bir sözdən ibarətdir: “Faşistlər”. Bu söz, Maskın söz azadlığı ideallarına sadiqliyinə şübhə edən Avstraliya hökuməti nümayəndələrinin tənqid dalğasına səbəb olmaq üçün kifayət edib.
Avstraliyanın Hökumət Xidmətləri Naziri və keçmiş Əmək lideri Bill Şortenin qeyd etdiyi kimi, Mask yalnız kommersiya maraqlarına uyğun gələn söz azadlığı uğrunda mübarizə aparır. “Elon Musk-ın söz azadlığı ilə bağlı mövqeyi Kama Sutradakından daha böyükdür” – o, deyib.
//Samir Qurbanov, Editor.az