Amerikalı jurnalist ABŞ və Rusiya arasındakı münaqişənin əsas səbəbini açıqlayıbbackend

Amerikalı jurnalist ABŞ və Rusiya arasındakı münaqişənin əsas səbəbini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı jurnalist Qarland Nikson hesab edir ki, Birləşmiş Ştatlar beynəlxalq arenada hegemon rolunu saxlamaq üçün Rusiya Federasiyası ilə münaqişədədir.

Editor.az xəbər verir ki, Niksonun sözlərinə görə, Ukraynadakı münaqişə təkcə Rusiya ilə deyil, həm də “Amerika imperiyası” ilə bağlıdır.

Amerika özünün birqütblü anını Rusiya, Çin və digərlərinin zəiflədiyi, ABŞ-ın dünyaya hakim olub tənəzzülə uğradığı anda görür”, – jurnalist özünün YouTube kanalında bildirib. Ekspert qeyd edib ki, hazırda ABŞ böyük dövlətlərin, Rusiya və Çin, həmçinin İran, Braziliya, Venesuela və Səudiyyə Ərəbistanın yüksəlişini müşahidə edir. Jurnalist Vaşinqtonun bu cür şəraiti öz hegemonluğuna təhlükə kimi gördüyü, bir çox dövlətlərin Moskva və Pekinlə əməkdaşlığa can atmasından narahat olduqlarını və buna görə də Rusiyanı “yox etmək” istədikləri barədə fikirlərini bildirib.

Bir müddət əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan etmişdi ki, ABŞ hegemonluğunu qorumaq üçün Asiya-Sakit okean regionunda hərbi infrastrukturunu genişləndirir və onu Rusiya Federasiyası və Çin Xalq Cümhuriyyətinin sərhədlərinə yaxınlaşdırır.

//Gülnarə Abasova, Editor.az