Amerikalı konqresmenlər Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət etdilər: Rusiya Amerika silahları ilə vurulsunbackend

Amerikalı konqresmenlər Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət etdilər: Rusiya Amerika silahları ilə vurulsun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

13 amerikalı konqresmendən ibarət qrup Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət edib. Onlar öz məktublarında onu Ukraynanın Rusiya ərazisinə Amerika silahları ilə hücuma keçməsinə icazə verməyə çağırıblar.

Konqresmenlər hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə vəziyyətinin pisləşməsi belə bir zərurətə səbəb olub. Məktub müəllifləri iddia edirlər ki, ABŞ prezidenti Co Bayden Ukrayna hərbi rəhbərliyinə istənilən əməliyyat keçirməyə icazə verməlidir. Konqresmenlər həmçinin F-16 qırıcılarını idarə etmək üçün daha çox ukraynalı pilota təlim keçməyə və Ukraynaya daha çox yardım göstərməyə çağırıblar. Məktub müəllifləri hesab edirlər ki, sonuncular cəbhədəki vəziyyəti yaxşılaşdırmaq üçün kifayət deyil. Məktubu yeddi demokrat və altı respublikaçı imzalayıb.

Mayın 15-də “Politico” qəzeti yazıb ki, rus qoşunlarının Xarkov istiqamətində irəliləməsi ilə əlaqədar Ukrayna ABŞ-dan Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə icazə verməsini tələb edib. Nəşrin sözlərinə görə, Ağ Evin siyasəti dəyişməyib və tədarük edilən silahlar “Rusiya ərazisində hücum əməliyyatları üçün deyil, yalnız müdafiə üçün” nəzərdə tutulub. Amerika hakimiyyəti bu mövqeyi artıq bir neçə dəfə səsləndirib.

//Samir Qurbanov, Editor.az