Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyanın ABŞ-a işgüzar səfərinin bəzi təfərrüatları məlum olub.
Onun səfərinin məqamlarından biri müasir hərbi geyimlərin dizaynı ilə məşğul olan Amerika şirkətinin rəhbərliyi ilə görüş olub. Papikyan Ermənistanın Vaşinqtondakı səfirliyində hərbi geyimlərin hazırlanması üzrə ixtisaslaşan “Milliken & Company” şirkətinin vitse-prezidenti Brüs Lafleymi və şirkətin hərbi və beynəlxalq proqramlarının rəhbərləri Scott Group və Tommy Young-u qəbul edib.
“Görüş zamanı Ermənistan silahlı qüvvələri üçün yeni geyim formalarının hazırlanmasında əməkdaşlıqla bağlı məsələlər, xüsusən də geyim formalarının növləri, hazırlanması prosesi, sınaq nümunələrinin çatdırılma müddətləri və proqramın həyata keçirilməsi üçün digər prosedurlar müzakirə edilib. ”, – Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirirlər.
//Samir Qurbanov, Editor.az