Amerikanın altıncı nəsil qırıcısı – NGAD-ın fantastik qiymətibackend

Amerikanın altıncı nəsil qırıcısı – NGAD-ın fantastik qiyməti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın altıncı nəsil qırıcısı NGAD (Next Generation Air Dominance) əvvəlki nəsil təyyarələrdən təxminən üç dəfə baha olacaq.

Editor.az bildirir ki, bu barədə “The War Zone” ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendell-ə istinadən xəbər verir: “Bu, çox bahalı platformadır. Bu, F-35-dən təxminən üç dəfə bahadır və biz onu yalnız kiçik miqdarda ödəyə bilərik”. Hər üç mövcud F-35 variantının qiyməti müntəzəm olaraq dəyişir. Keçən il bir belə təyyarənin, o cümlədən F135 mühərrikinin orta qiyməti təxminən 82,5 milyon dollar qiymətləndirilirdi. Yəni, bir NGAD-ın ehtimal olunan dəyəri təxminən 247,5 milyon dollar olacaq.

“Boeing” və “Lockheed Martin”in “Next Generation Air Dominance” qırıcısını yaratmaq üçün rəqabət apardıqları güman edilir. Lakin heç bir şirkət onun iştirakını rəsmi olaraq təsdiqləməyib. Daha əvvəl digər müdafiə nəhəngi “Northrop Grumman” yarışdan könüllü olaraq geri çəkildiyini açıqlamışdı.

//Samir Qurbanov, Editor.az