Amerikanın Cənubi Qafqazla bağlı planları: “Missiyalar regionu heç vaxt tərk etməyəcək “-AÇIQLAMAbackend

Amerikanın Cənubi Qafqazla bağlı planları: “Missiyalar regionu heç vaxt tərk etməyəcək “-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Burada bir neçə səbəb var. İlkin olaraq Avropa dövlətləri əsasən də Fransa, Almaniya kəşfiyyatçılarından ibarət müşahidə missiyasını şərti sərhəddə yerləşdirib. Onların əsas gördüyü işlər isə sərhəddə olan prosesləri fiksə edərək öz rəhbərlərinə göndərməkdir”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatını razılaşdırmaq niyyətindədir. Biz yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışacağıq ki, bu missiyanın necə görünəcəyini dəqiq müəyyən edək. Amma son nəticədə biz masaya qayıdış görmək istəyirik”, – deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, missiyaların silahlı olması, bir neçə dövlətin jandarmalarından ibarət olması Rusiyanın regionda mövcudluğunun əleyhinə atılan addımlardır:

“Heç vaxt həmin missiyalar regionu tərk etməyə çalışmayacaqlar. Çünki Rusiya buradadır. Amerika Birləşmiş Ştatlarının da sülhməramlı missiyanı gündəmə gətirməsi Avropaya alternativ olaraq, birbaşa məlumatların toplanması üçündür”.

Deputatın fikrincə, Ermənistanda baş verən daxili prosesləri daha dərindən izləmək üçün həmin missiyanı bölgəyə gətirmək istəyirlər:

“Həm öz aralarında olan rəqabət, həm Ermənistanda olan daxili-xarici siyasət, həm də Rusiyanın nüfuzunun mümkün qədər azaldılması əsas məramdır. Lakin bunun Azərbaycan üçün ciddi problem kəsb etdiyini düşünmürəm. Çünki rəsmi Bakı heç kimin ərazi bütövlüyündə iddialı deyil. Əsas məqam Zəngəzur dəhlizi ilə bağlıdır. 2020-ci ilin noyabrında imzalanmış müqaviləyə uyğun olaraq hərəkət edirik. Bu istiqamətdə də siyasətimizi yürüdəcəyik. Bunu bütün Qərb dövlətləri, Rusiya və regional dövlətlər də yaxşı bilir”.

//Safura Bənnayeva, Editor.az