Amerikanın İraqdakı Əl-Əsəd aviabazasına 122 mm-lik raket atılıbbackend

Amerikanın İraqdakı Əl-Əsəd aviabazasına 122 mm-lik raket atılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 20-də saat 8:30-da Amerikanın İraqdakı Əl-Əsəd aviabazasına 122 mm-lik raket atılıb.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə bildirib.

Dağıntı və tələfat olmayıb. Departament dəqiqləşdirib ki, onlar raket qalıqlarını İraq Təhlükəsizlik Qüvvələrinə (ISF) təhvil veriblər. Bildirilir ki, ISF bazası yaxınlığında beş ədəd 122 mm-lik raket atmaq üçün dəyişdirilmiş düz yataqlı yük maşını da tapılıb.

Xatırladaq ki, dekabrın 8-də İraqda ABŞ səfirliyi raket atəşinə tutulmuşdu. Xəsarət alanlar barədə məlumat verilməyib. İsrail oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı ilə müharibəyə başladıqdan sonra İraq və Suriyadakı Amerika bazalarına da hücumlar tez-tez baş verir.

Təkcə oktyabrın 17-dən noyabrın 25-dək bu iki ölkədəki ABŞ əsgərləri 73 hücuma məruz qalıblar.

//Samir Qurbanov, Editor.az