Amerikanın müdafiə naziri Lloyd Ostin erməni həmkarı Suren Papikyan ilə danışıqlar aparıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yazır. Görüşdə Ostin Papikyanın gəlişini “tarixi” adlandırıb. Nazirliklərin rəhbərləri İrəvan və Vaşinqton arasında müdafiə sahəsində əməkdaşlıqdan danışıblar.
Ostin bəyan edib ki, İrevan və Vaşinqton arasında əməkdaşlıq genişlənməkdə davam edir. O, ABŞ-ın Ermənistan ordusunda islahatları dəstəkləməkdə davam edəcəyini vurğulayıb.
Bundan əlavə, tərəflər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlərə toxunublar. Papikyan bildirib ki, İrəvan Qafqazda uzunmüddətli sülhə nail olmağa çalışır.
//Samir Qurbanov, Editor.az