Amerikanın Ukraynaya cəmi bir neçə həftəlik yardım paketi qalıbbackend

Amerikanın Ukraynaya cəmi bir neçə həftəlik yardım paketi qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya dəstək üçün Ağ Evdə qalan vəsait yalnız bir neçə həftəyə çatacaq.

Editor.az bildirir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Onun sözlərinə görə, bu, cəmi iki hərbi yardım paketi üçün kifayətdir.

“Pulumuz tükənsə, Ukraynanı dəstəkləməyə davam etmək üçün əlimizdən gələni edəcəyik, lakin onsuz bizim edə biləcəyimiz çox şey yoxdur”, – Con Kirbi CNN-ə bildirib. “Bizim əlavə maliyyəyə ehtiyacımız var. Hələ bir neçə həftəmiz qalıb”, – Ağ Evin sözçüsü bildirib.

“Ancaq bu qədər. Biz Ukrayna üçün əlavə maliyyə almasaq, qazan boşdur”, – deyə o əlavə edib. Con Kirbi həmçinin bildirib ki, ABŞ prezidenti Co Bayden gələn həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək və ona hərbi yardım üçün əlavə vəsait üzərində “çox işləməyə” davam edəcəyinə söz verəcək.

Bundan əlavə, ABŞ yaxın günlərdə yeni hərbi yardım paketini və bəlkə də bu ilin sonuna qədər başqa bir yardım paketini açıqlayacaq. Noyabrda Con Kirbi ABŞ-ın Ukraynaya yardım üçün ayrılan vəsaitin 96%-ni xərclədiyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az