Amerikanlar, onlara sığınan rusları ölkələrinə geri göndərirlərbackend

Amerikanlar, onlara sığınan rusları ölkələrinə geri göndərirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından sonra Rusiya vətəndaşlarının dayandırılmış deportasiyasını bərpa edib.

Editor.az bildirir ki, bu barədə “The Guardian” yazıb. Belə ki, bir neçə gün əvvəl səfərbərlikdən qaçaraq Amerikadan sığınacaq istəyən bir rus ABŞ-dan vətəninə göndərilib. O, ölkəsinə Meksika dan keçmklə daxil olub.

Onun rusiyalı vəkilinin sözlərinə görə, miqrasiya orqanları belə qənaətə gəliblər ki, orduya göndərilmək təhlükəsi sığınacaq verilməsi üçün əsas sayıla bilməz.

Vəkil iddia edir ki, eyni qərarlar onun daha üç rusiyalı müvəkkili ilə bağlı da verilib, onlar artıq etirazlarını bildiriblər və apellyasiya orqanları işə baxacağı müddətdə ABŞ-da qalacaqlar: “Rusiyadan olan miqrantlar hökumətin bəyan etdiyi mövqeyə görə sığınacaq ala və deportasiyadan qoruna biləcəklərini düşünərək ABŞ-a gəliblər. İndi siyasətdə aşkar dəyişiklik miqrantlar və onların planlaşdırılması üçün çox az vaxtı qalan tərəfdarları arasında çaşqınlıq yaradıb”, – nəşr yazır.

  //Samir Qurbanov,Editor.az