Amnesty İnternational-ın Nigeriyada hərbi hava hücumları zamanı mülki əhalinin öldürülməsinə reaksiyası verilibbackend

Amnesty İnternational-ın Nigeriyada hərbi hava hücumları zamanı mülki əhalinin öldürülməsinə reaksiyası verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Amnistiya Təşkilatının Nigeriya direktoru Sanusi İsa bildirib ki, Nigeriyada hərbi hava hücumlarında mülki şəxslərin qanunsuz şəkildə öldürülməsi qəbuledilməzdir.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, İsa dekabrın 3-də Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Kaduna əyalətinin Tudun Biri kəndində 120-dən çox mülki şəxsin ölümünə səbəb olan hücumu ilə bağlı açıqlama verib.

Nigeriya ordusunu Tudun Biri kəndinə endirilən hava hücumunu ört-basdır etməkdə günahlandıran İsa ədalətin bərqərar olmasını tələb edib.

İsa hərbi hava hücumlarında dinc əhalinin davamlı olaraq qanunsuz şəkildə öldürülməsinin qəbuledilməz olduğunu bildirib. O, ordunun Kaduna əyalətindəki hücumla bağlı ziddiyyətli açıqlamalar verdiyini bildirib.

İsa qurbanların və onların ailələrinin ədalətə çıxışı və təsirli həll yollarının təmin edilməli olduğunu bildirib.

Nigeriya ordusu dekabrın 4-də verdiyi ilk açıqlamada sözügedən hücumun Kaduna əyalətində baş verdiyini təkzib etmiş, daha sonra hücumun səhv olduğunu açıqlamışdı.

//Səbinə Hüseynli, Editor.az