Amuli Nəsrullaha yazdı: İzn ver, iranlılar köməyə gəlsin!backend

Amuli Nəsrullaha yazdı: İzn ver, iranlılar köməyə gəlsin! 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli Hizbullahın başçısı Həsən Nəsrullaha məktub yazıb. 

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Cümə imamı Hizbullaha dəstək vermək və İsrailə qarşı döyüşmək üçün iranlı gənclərin Livana getməsinə icazə verməsini istəyib.

“Müxtəlif şəhərlərdən olan gənc mənimlə əlaqə saxlayaraq, İsrailin qurudan hücum edəcəyi təqdirdə Livana göndərilmələrini tələb edirlər”,- Amuli iddia edib.