“Ana 10 yaşlı qızını 60 yaşlı kişiyə satır” – Vəziroğludan dəhşətli açıqlamabackend

“Ana 10 yaşlı qızını 60 yaşlı kişiyə satır” – Vəziroğludan dəhşətli açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə, pul qarşılığında 8 yaşlı qızının cinsi istismarına şərait yaradan anaya hökm oxunub. 

İttihama görə azyaşlı, 2010-cu il təvəllüdlü (hadisə baş verən anda 8 yaşı olan) Şəbnəm Əsgərova (ad, soyad şərtidir) öz doğma anası Ləman Əsgərova (ad-soyad şərtidir) tərəfindən 100 manat müqabilində işlədiyi kafenin sahibi Zakir Məmmədova (ad-soyad şərtidir) cinsi istismara məruz qalması üçün verilib. Z.Məmmədov azyaşlını özünə aid avtomobildə zorlayıb.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu bu məsələdə konkret ananı, yaxud atanı günahlandırmağın doğru olmadığını bildirib. Ekspert son illərdə bu cür hadisələrin artdığını, bəzi əxlaqıs zkişilərin 18 yaşdan aşağı qızlara meyl etdiyini bildirib:

“8 yaşlı uşağa təcavüz edənlər də bu düşüncənin, bu təfəkkürün adamlarıdır. Onlara 18 il iş veriblər, ki, hələ bu da azdır. Azğınlaşmış insanın məxrəci yoxdur, onlar həmişə dairəni çox geniş götürürlər. Çünki onlar üçün 18 yaşdan yuxarı yox, 18 yaşdan aşağısı da normal gəlir. Bu gün bu cür hadisələri tez-tez oxuyuruq və baxanda görürük ki, onların əksəriyyəti 18 yaşından balaca uşaqlardır. Bu ənənə deyil, bu, sadəcə pis vərdişdir. Mənim 60 yaşım var, buna baxmayaraq, bəzən elə şeylər eşidirəm ki, dəhşətə gəlirəm. Baxırsan ki, 50-60 yaşı var gedib 10-12 yaşlı qızları zorlayır. Hətta artıq bəzi uşaqların anası da buna rəvac verir. Niyə? Çünki onlar işləmək istəmirlər, çoxsu rayondan Bakıya qaçır. Asan yaşamaq istəyirlər, Bakıda kirayələrdə qalırlar, öz həyatlarına uşaqlarını da sövq edirlər. 8-10 yaşında uşaq nə bilir sevgi nədir? Onları anası sövq edir, çünki ayın axırında evin pulunu verməlidir. İnanın ki, bu dəhşətdir. Bu insandan asılıdır, istər kişi olsun, istər qadın, ayağı sürüşkəndirsə, mütləq sürüşəcək. İndiki zəmanədə yaşamaq çox çətin deyil, sadəcə gərək düzgün yaşamağı qazana biləsən. Təsəvvür edin, 8 yaşlı qızı anası kiməsə verir ki, pul alsın. Mən dəhşətə gəldim, şoka düşdüm”.