Ana 5 günlük oğlunu 6 min manata satdı – Şok olaybackend

Ana 5 günlük oğlunu 6 min manata satdı – Şok olay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni doğulan oğlunu 6 min manata satmaqda ittiham olunan rus ana həbs edilib.

Rusiyanın cənubunda yaşayan 33 yaşlı dağıstanlı qadının adı gizli saxlanılsa da, onun dostuna körpəsini istəmədiyini dediyi bildirilir.

Qadın aprelin 25-də dünyaya gələn körpəsini cəmi 5 gün sonra almaq üçün cütlük tapıb.

Polis bildirib ki, ana oğlunu 10 faizlik depozitlə cəmi 200 min rubl qarşılığında cütlüyə təhvil verib.

Körpəni alan qadın polisə verdiyi ifadəsində uşağın bioloji anası olmadığını bildirib və deyib ki, bioloji anası körpəni xəstəxanada buraxmaq istəyib. Və əlavə edib: “Uşağa baxmağı bacarmırdı, mən uşağı götürdüm”.

Hadisə ilə bağlı açıqlama verən Rusiya Federasiyası Dağıstan Respublikasının İstintaq Komitəsi bəyan edib ki, Xəzər şəhərinin 33 yaşlı sakini barəsində cinayət işi açıb. Araşdırma aparan polis qruplarının məlumatına görə, qadın 2022-ci il aprelin 25-də Xəzər Şəhər Mərkəzi Xəstəxanasında oğlan uşağı dünyaya gətirib.

Körpənin anasına 200 min rubl ödəyərək uşağı alan ailə sürprizlə üzləşib. Körpənin xəstəxanada müalicəyə ehtiyacı olub və tibb işçiləri cütlükdən doğum haqqında şəhadətnamə istəyiblər. Cütlük körpənin doğum haqqında şəhadətnaməsini istəyərkən “bioloji ana” 100 min rubla doğum haqqında şəhadətnamə verməyi təklif edib. Ana cütlüyə işinin, yaşamağa yerinin və ya pulunun olmadığını deyib. Amma mayın 26-da pulu alandan sonra o, pulu burun əməliyyatına xərcləməyi planlaşdırdığını deyib.

Uşağı alan qadın bildirib ki, anası onlara burnunda problem olduğunu və əməliyyat olunması lazım olduğunu deyib. Lakin cütlük ümumi haqqın qalan hissəsini təhvil verməzdən əvvəl polis tərəfindən insan alveri ittihamı ilə həbs olunub.

Müstəntiqlər bildiriblər ki, ana notariusa gedib, aprelin 30-da uşağın hüquqlarından imtina edib və uşağı pulla dəyişib.

“Hazırda törədilmiş cinayətin bütün hallarının müəyyən edilməsi və şübhəlinin təqsirli olduğuna dair sübutların birləşdirilməsi istiqamətində silsilə istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilir.

Teleqraf.com