İrlandiyanın Cork şəhərindən olan 40 yaşlı Sonya Manier xarici görünüşü ilə cavanlara meydan oxuyur.
O bildirir ki, tez-tez 21 yaşlı qızının böyük bacısına bənzədilir. Sonya gəncliyinin sirrini jurnalistlərə açıb.
“Daily Mail” qəzetinin yazdığına görə, qadın biznes məsləhətçisi kimi fəaliyyət göstərir. Bundan başqa o, boş vaxtlarında idman zalına baş çəkməyi də unutmur. Sonya, müntəzəm fiziki məşqlərin və işdəki müştərilərindən aldığı müsbət duyğuların gənc qalmasına kömək etdiyini söyləyib.
“Özümü formada saxlamağı və sağlam bir həyat tərzi keçirməyi xoşlayıram”,- deyə 40 yaşlı Sonya əlavə edib.
Manier dəri baxımına da xüsusi diqqət yetirir. İki uşaq anası olan Sonya həyatda olduğu hər şeyi üçün daima şükr etdiyini də deyib.
Daha sonra o, ailəsi ilə vaxt keçirməyi çox sevdiyini, uşaqları ilə alış-verişə hətta gecə klublarına getdiyini də etiraf edib.

//ölkə.az

