Ana uşağına DAĞ BASDI: “Məni cinlər məcbur etdi” – FOTObackend

Ana uşağına DAĞ BASDI: “Məni cinlər məcbur etdi” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ana uşağına işgəncə verib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib:

“Bu gün sığınacağa yerləşdirilən körpəmizdir. Anası bildirirdi ki, “cinlər məni məcbur etdi, çırpdım uşağı yerə…”

Çırpılmaqdan uşağın üzü bu günə düşməz. Demək ki, cinlər ritual həyata keçirib…”

Ağazadə Lent.az-a açıqlamasında isə uşağın anasının ruhi xəstə olduğunu vurğuladı:

“Uşağın anası qeydiyyatda olan ruhi xəstədir. Hazırda dispanserə yerləşdirilib. Uşağı bizə 40-cı bölmənin polisləri gətirib, vəziyyəti normaldır”.