Türkiyənin Antalya vilayətində səhər saatlarında baş verən dəhşətli yanğın 6 nəfərin həyatına son qoyub.
Editor.az “Qafqazinfo”ya istinadən bildirir ki, yanğın istixana təsərrüfatında çalışan əcnəbi işçilərin qaldığı konteynerlərdə baş verib.
Yanğın nəticəsində eyni ailədən olan 26 yaşlı ana və onun yaşları 4-9 arasında dəyişən 5 uşağı həlak olub. Məlumata görə, həlak olan ana 7 aylıq hamilə imiş.
Qeyd olunub ki, faciə zamanı daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır olaraq qalır, digərlərinin müalicəsi davam etdirilir. İlkin ehtimala görə, yanğına söndürülməmiş manqal səbəb ola bilər.
Faktla bağlı açılan cinayət işi çərçivəsində 3 nəfər saxlanılıb.

