Anadangəlmə autizm xəstəsi olan 12 yaşlı Kənan Səfərovun iki aydır ki, pensiyası kəsilib. Valideynlərinin dediklərinə görə, Kənana anadangəlmə autizm diaqnozu qoyulub.
Kənanın 2018-ci ildən əlilliklə bağlı aldığı pensiya 2021-ci ilin sentyabr ayında dayandırılıb.
Valideynlərinin sorğusuna cavab olaraq yenidən qeydiyyatı üzrə Həkim Məsləhət Komissiyasına müraciət etməli olduğu bildirilib. Lakin ailə iddia edir ki, aidiyyəti üzrə tibb ocaqlarına müraciət etsələr də, Kənanın sənədləri sistemə daxil edilməyib. Hazırda Cəlilabadda yaşayan ailə Lerik rayonunda qeydiyyatdadır.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, onlara aidiyyəti tibb müəssisəsi tərəfindən yeni göndəriş daxil olmayıb.
TƏBİB-dən verilən məlumata görə isə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komisiyasına Kənan Səfərovla bağlı müraciət daxil olmayıb.
“Vətəndaş müraciət edərsə, məsələyə mütləq baxılacaq və müvafiq qərar veriləcək”,- deyə TƏBİB-dən bildirilib.
Editor.az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

