“Anam onu öpməyimi istəmədi” – Müğənni Səidəbackend

“Anam onu öpməyimi istəmədi” – Müğənni Səidə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Səidə Dadaşova inciklik yaşadığı anası Sədaqət Dadaşova barədə danışıb.

Editor.az  OLAY-a istinadən bildirir ki, sənətçi bu haqda “7 canlı” verilişinə qonaq olarkən söz açıb.

İfaçı bildirib ki, anasından görmədiyi sevgini qayınanasında tapıb.

“Əsas böyüyəndə lazım olur valideyn. Mənim atamın 72 yaşı var idi, o da anasını gördükdə uşaq kimi başına sığal istəyirdi. Mən o sevgini qayınanamdan, baldızımdan, yoldaşımdan gördüm… Atamın ilində anamı öpmək istəyəndə, qardaşıma baxıb dedi ki, bunu niyə gətirmisən ki, öpür məni? Qığılcım keçdi gözümdən, çaşbaş qaldım. Yenə də boynundan qucaqladım, öpdüm. Dedim ki, canım sağlamdır, özün sağlamsan? Mənə əsas odur”, – deyə, Dadaşova fikirlərinə əlavə edib.