ANAMA bugünkü partlayışla bağlı məlumat YAYDIbackend

ANAMA bugünkü partlayışla bağlı məlumat YAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ANAMA Cəbrayılda baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, 2022-ci il 19 iyun tarixində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirib. Nəticədə, Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılmış, zəruri müayinələrdən keçərək evə buraxılıb.

ANAMA bir daha vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat vermələri tövsiyyə olunur.