ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidirbackend

ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:

“Hələ ki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir”.