ANAMA əməkdaşı faciəvi şəkildə öldübackend

ANAMA əməkdaşı faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə onun yaxınları məlumat yayıb.

M.Qasımovun bu gün dünyasını dəyişdiyi bildirilir.

Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonu Qazaxlar kəndində torpağa tapşırılıb.