ANAMA: Şuşaya “İskəndər-M” raketi atılıb – FOTObackend

ANAMA: Şuşaya “İskəndər-M” raketi atılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Agentlik tərəfindən Şuşa şəhəri ərazisində aparılan təmizləmə əməliyyatı zamanı 15 mart tarixində iki müxtəlif yerdən raket qalıqları aşkar olundu.

Editor.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) operativ qərargah rəisi İdris İsmayılov deyib.

O bildirib ki, agentliyin əməkdaşları tərəfinfən aparılan tədqiqat zamanı raketin üzərində olan 9M723 indeks kodu yoxlanılıb:

“Bu zaman məlum olub ki, bu “İskəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Son aparılan araşdırma nəticəsində belə qənaətə gəlindi ki, atılmış raket “İskəndər-M” raketidir”.

Onun sözlərinə görə, hazırda partlayış yerində və ətrafında ilkin tədqiqatlar gedir.