“Anamın göz yaşlarını ona bağışlamayacağam” – Nisə Qasımovabackend

“Anamın göz yaşlarını ona bağışlamayacağam” – Nisə Qasımova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anaya münasibətim hamıya bəllidir. Amma elə bir mahnı istəyirəm ki, anamın iztirabları əks olunsun. Kim məni incidib, vurub bağışlayaram. Amma mənim yüksəlməyimə, inkişafım üçün televiziyalarda, xaricdə çıxışlarıma sərhəd qoyanları bağışlamayacağam”.

Editor.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Heç vaxt heç yerdə” proqramında deyib. Müğənni vaxtilə onun sənətdəki inkişafına mane olanlardan danışıb. O bildirib ki, həmin şəxsi heç vaxt bağışlamayacaq:

“Anamın gecə səhərə qədər göz yaşlarına səbəb olurdular. İndi gəlsin desin bağışla, məni öyrətdilər xeyri yoxdur. Bağışlamayacam. Kanalların birində bir nəfər gəlib məndən halallıq istədi. Məni dövlət kanalından buran, səsyazılarımı pozanı bağışlamayacam. Hərdən həmkarlarla küsürük, barışırıq. Amma bunu yox.

Həmin adam qadındır. Görünən dağa nə bələdçi. Sabah deyərlər ki, yıxılana balta vurursan. Yıxılmırlar. Mənim keçmişimdə itirdiyim maddiyat, şəxsi həyatıma əl qoyan, heç nəsiz günahkar edən bunu ödəməlidir. Maddiyata vursam gərək milyardlar töksün ayağımın altına. Ya da çıxsın efirə desin ki, günahkaram. O gün gələcək”.