Türkiyənin Muğla vilayətinin Bodrum rayonundakı Yalıkavak marinasında lövbər salan 8 motorlu yaxtada yanğın baş verib.
Editor.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, yaxtada naməlum səbəbdən başlayan yanğın güclü külək səbəbindən yaxınlıqdakı qayıqlara və yaxtalara da keçib.
Yanan yaxtaların “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olduğu bildirilir.
Sahil mühafizəsi tərəfindən yanğın söndürülüb. Yanğının söndürülməsinə 8 su tankeri və təxminən 30 yanğınsöndürən cəlb edilib.
Təxminən üç saat davam edən yanğın nəticəsində 6 yaxta batıb, digər 2 yaxtaya isə ciddi şəkildə ziyan dəyib. Yanan və batan lüks motorlu yaxtaların uzunluğunun 20-30 metr olduğu bildirilib.
Yanğın zamanı yaxtalardakı qaz balonlarının və yanacaq çənlərinin partlaması panikaya səbəb olub.
Yanğının başladığı yaxtadakı heyət üzvü pəncərələrdən özlərini dənizə ataraq xilas ola biliblər.


